MDB İcraiyyə Komitəsinin sədri: "Azərbaycanda referendum nəticələri xalqın iradəsini əks etdirir"

MDB İcraiyyə Komitəsinin sədri: "Azərbaycanda referendum nəticələri xalqın iradəsini əks etdirir" "Azərbaycan xalqı səsverməyə çıxarılan Konstitusiyaya dəyişikliklərini dəstəkləyir"
Xarici siyasət
28 Sentyabr , 2016 11:36
MDB İcraiyyə Komitəsinin sədri: Azərbaycanda referendum nəticələri xalqın iradəsini əks etdirir

Bakı. 28 sentyabr. REPORT.AZ/ "Azərbaycanda prezidentin səlahiyyətlərinin müddətinin uzadılmasına özündə ehtiva edən Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçirilmiş referendum nəticələri xalqın iradəsini əks etdirir".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev Minskdə jurnalistlərə açıqlamasında deyib.

"Mənə elə gəlir ki, referendumun nəticələri, ora çıxarılan məsələləri dəstəkləyənlərin çox sayda olması Azərbaycan xalqının referenduma çıxarılan əlavə və dəyişiklikləri dəstəklədiyini göstərir", - deyə S.Lebedev bildirib.

O, Azərbaycanda keçirilmiş referendumda MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər missiyasının fəaliyyət göstərdiyini xatırladıb.

"Onlar referendumun qanuni, şəffaf, demokratik keçdiyini, Azərbaycan xalqının iradəsini əks etdirdiyini bildirib", - deyə MDB İcraiyyə Komitəsinin rəhbəri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi