MDB İcraiyyə Komitəsinin sədri Azərbaycana gələcək

MDB İcraiyyə Komitəsinin sədri Azərbaycana gələcək Lebedev Bakıda Beynəlxalq Bank Konfransının açılışında iştirak edəcək
Xarici siyasət
4 Noyabr , 2014 15:29
MDB İcraiyyə Komitəsinin sədri Azərbaycana gələcək

Bakı. 4 noyabr. REPORT.AZ/ MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev gələn həftə Bakıya gələcək. MDB İcraiyyə Komitəsindən "Report"a bildirilib ki, S.Lebedevin noyabr ayının 13-16-da Bakıda keçiriləcək MDB ölkələrinin Beynəlxalq Bank Konfransının açılışında iştirakı nəzərdə tutulub. 

Konfrans MDB İcraiyyə Komitəsinin dəstəyi ilə MBD Maliyyə-Bank Şurası və Azərbaycan Beynəlxalq Bankı tərəfindən təşkil olunub.

Səfər çərçivəsində MDB İcraiyyə Komitəsinin sədri Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirəcək.

Son xəbərlər

Orphus sistemi