​Marqvelaşvili İlham Əliyevi Respublika Günü münasibəti ilə təbrik edib

​Marqvelaşvili İlham Əliyevi Respublika Günü münasibəti ilə təbrik edib Təbrikdə Azərbaycan xalqının uğurlu, stabil və müstəqil dövlət qurduğu qeyd olunub
Xarici siyasət
29 May , 2015 01:56
​Marqvelaşvili İlham Əliyevi Respublika Günü münasibəti ilə təbrik edib

Bakı. 29 may. REPORT.AZ/ Gürcüstan prezidenti Georgi Marqvelaşvili öz azərbaycanlı həmkarı İlham Əliyevi 28 May - Respublika Günü münasibəti ilə təbrik edib.

"Report" "Qruziya Online"a istinadən xəbər verir ki, təbrik məktubunda Azərbaycan xalqının öz dövlətçiliyini qorumaq naminə bir çox sınaqlardan çıxdığı və uğurlu, stabil və müstəqil dövlət yaratdığı qeyd olunur.

"Sizi Azərbaycanın Respublika Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Azərbaycan xalqı öz dövlətçiliyini qorumaq naminə bir çox sınaqlardan çıxdı və uğurlu, stabil və müstəqil dövlət yaratdı. Bu gün biz ölkənizin rifah və irəliləyişini aydın şəkildə görürük. Dərindən inanıram ki, biz sizin hakimiyyətiniz dövründə gələcəkdə Azərbaycan Respublikasının daha böyük uğur və inkişafının şahidi olacağıq. Ölkələrimiz arasında sıx tarixi əlaqələri nəzərə alaraq əminliyimi bildirirəm ki, ümumi səylər sayəsində Gürcüstan və Azərbaycanın ənənəvi dostluq münasibətləri bundan sonra daha da dərinləşəcək və xalqlarımızın rifahı naminə davam edəcək.

Fürsətdən istifadə edib Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstəyinizə görə bir daha sizə öz minnətdarlığımı bildirirəm", - deyə təbrikdə bildirilib.

28 may Azərbaycanda Respublika Günü kimi qeyd olunur. 

Son xəbərlər

Orphus sistemi