Bakı. 4 may. REPORT.AZ/ Malayziya Azərbaycan tərəfi ilə bu ölkəyə səfər etmək istəyən Malayziya vətəndaşları üçün viza rejimiinin ləğvi ilə bağlı danışıqlar aparır. "Report" Malayziyanın "Bernama" nəşrinə istinadən xəbər verir ki, bu barədə Malayziyanın Azərbaycandakı səfiri Datuk Roslan Abdul Rahman bildirib.
Diplomat xatırladıb ki, Malayziyaya səfər edən Azərbaycan vətəndaşları üçün 30 günlük vizasız rejim tətbiq edilir.
"Biz hazırda Malayziya vətəndaşlarının Azərbaycana vizasız rejim əsasında səfər edə bilmək istiqamətində çalışırıq", - səfir qeyd edib.
Onun sözlərinə görə, müvafiq təkliflərlə sənəd hazırlanıb və Azərbaycan tərəfi ilə artıq danışıqlar aparılır.
"Azərbaycana səfər edən Malayziya vətəndaşları üçün vizasız rejim cari ilin sonuna və ya gələn il tətbiq oluna bilər", - səfir vurğulayıb.