Mahmud Məmmədquliyev "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının görüşündə iştirak edib

Mahmud Məmmədquliyev "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının görüşündə iştirak edib Nazir müavini Azərbaycanda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi sahəsində aparılan islahatlar haqda məlumat verib
Xarici siyasət
1 İyul , 2015 17:32
Mahmud Məmmədquliyev Şərq Tərəfdaşlığı ölkələrinin XİN başçılarının görüşündə iştirak edib

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Belarusun paytaxtı Minsk şəhərində keçirilən "Şərq Tərəfdaşlığı" ölkələrinin Xarici İşlər Nazirlərinin qeyri-rəsmi dialoq görüşündə iştirak edib.

XİN mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş iştirakçıları "Şərq Tərəfdaşlığı"nın Riqa Zirvə toplantısından sonra Avropa İttifaqı (Aİ) ilə tərəfdaş ölkələr arasında münasibətlərin gələcək perspektivləri haqqında müzakirə aparıblar.

Nazir müavini M.Məmmədquliyev Azərbaycan və Aİ arasında vətəndaşların hərəkəti, enerji və nəqliyyat bağlantılarının yaradılması və ticarət əlaqələrinin inkişaf etdirilməsi imkanlarına toxunub. O, həmçinin Azərbaycanda yaxşı idarəçilik, o cümlədən korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahəsində aparılan islahatlar və həyata keçirilən tədbirlər haqqında məlumat verib və bu çərçivədə ASAN xidmətin səmərəli fəaliyyətini qeyd edib.

Nazir müavini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlər əsasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin beynəlxalq ictimaiyyət, o cümlədən Aİ tərəfindən dəstəklənməsinin vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi