​Macarıstanın XİN rəhbəri: Azərbaycanın təbii qazı Mərkəzi Avropa üçün enerji tədarükçülərini şaxələndirməyə imkan verəcək

​Macarıstanın XİN rəhbəri: Azərbaycanın təbii qazı Mərkəzi Avropa üçün enerji tədarükçülərini şaxələndirməyə imkan verəcək Peter Siyyarto Mərkəzi və Cənub-Şərqi Avropanı enerji təhlükəsizliyini möhkəmləndirməyə çağırıb
Xarici siyasət
20 Mart , 2015 08:38
​Macarıstanın XİN rəhbəri: Azərbaycanın təbii qazı Mərkəzi Avropa üçün enerji tədarükçülərini şaxələndirməyə imkan verəcək

Bakı. 20 mart. REPORT.AZ/ Azərbaycanın təbii qazı Mərkəzi Avropa üçün enerji tədarükçülərini şaxələndirməyə imkan verəcək.

"Report" xəbər verir ki, bunu cümə axşamı Macarıstanın xarici iqtisadiyyat və xarici işlər naziri Peter Siyyarto bildirib.

Ötən gün Macarıstanın paytaxtı Budapeştdə Mərkəzi və Cənub-Şərqi Avropada enerji təhlükəsizliyi üzrə beynəlxalq konfrans keçirilib.

P.Siyyarto mətbuat konfransında qeyd edib ki, Mərkəzi və Cənub-Şərqi Avropa enerji təhlükəsizliyini gücləndirməlidir, əks təqdirdə təhlükəsizlik və rəqabət qabiliyyətliliyi sahəsində onu böyük problemlər gözləyə bilər.

Mərkəzi və Cənub-Şərqi Avropanın enerji ehtiyatları mənbələrinin genişləndirilməsi üçün əlindən gələni etməli olduğunu bildirən nazir, Rusiyanın enerji daşıyıcılarının tədarükündə mühüm rol oynadığını söyləyib.

Onun sözlərinə görə, Macarıstan ilkin olaraq infrastrukturun inkişaf etdirilməsini zəruri hesab edir.

Konfransda Mərkəzi və Cənub-Şərqi Avropanın təqribən 20 ölkəsi, həmçinin ABŞ və Avropa İttifaqının nümayəndələri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi