Macarıstanın baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Macarıstanın baş naziri Azərbaycana rəsmi səfərə gəlib Viktor Orbanı Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar
Xarici siyasət
5 Mart , 2016 15:23
Macarıstanın baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Bakı. 5 mart. REPORT.AZ/ Macarıstanın baş naziri Viktor Orban martın 5-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Macarıstanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Macarıstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Baş nazir Viktor Orbanı Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Son xəbərlər

Orphus sistemi