Macarıstan baş nazirinin xanımı Azərbaycana gələcək

Macarıstan baş nazirinin xanımı Azərbaycana gələcək O, Azərbaycan mətbəxi barədə xüsusi buraxılış dərc edəcək
Xarici siyasət
1 May , 2015 15:17
Macarıstan baş nazirinin xanımı Azərbaycana gələcək

Bakı. 1 may. REPORT.AZ/ Macarıstanın baş naziri Viktor Orbanın xanımı Aniko Levai mayın birinci ongünlüyündə Azərbaycana səfərə gələcək. 

Azərbaycanın Macarıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfər tanışlıq xarakteri daşıyır. 

Aniko Levai bir neçə ildir Budapeştdə dərc olunan "Macar mətbəxi" ("Magyar konyha") adlı jurnalın redaktorudur. Jurnalın növbəsi sayı özünəməxsusluğu, çoxçeşidliliyi və zənginliyi ilə tanınan Azərbaycan mətbəxinə həsr olunacaq. Aniko Levainin Azərbaycanda olduğu günlərdə Naxçıvana, Gəncə və Qəbələyə səfərləri, habelə Heydər Əliyev Fondunu ziyarəti planlaşdırılır. O, Azərbaycan mətbəxi, mədəniyyəti haqda məlumat toplayacaq. 

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevlə görüş zamanı Aniko Levai bildirib ki, son illər iki ölkə arasında əlaqələr geniş vüsət alıb. O qeyd edib ki, Azərbaycan mədəniyyətinə, mətbəxinə, turizim imkanlarına böyük marağı səbirsizliklə gözlədiyi bu səfərin baş tutmasına zəmin yaradıb. 

Son xəbərlər

Orphus sistemi