Litvada Heydər Əliyevin anım günü münasibətilə bir sıra tədbirlər keçirilib

Litvada Heydər Əliyevin anım günü münasibətilə bir sıra tədbirlər keçirilib Tədbirlər Litvanın Kaunas şəhərində olub
Xarici siyasət
12 Dekabr , 2014 15:47
Litvada Heydər Əliyevin anım günü münasibətilə bir sıra tədbirlər keçirilib

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanın Litva səfirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Litvanın Kaunas şəhərində bir sıra tədbirlər keçirilib.

Bu barədə "Report"a səfirlikdən məlumat verilib.

İlk olaraq anım mərasimi Vitautas Maqnus Universitetində Kaunas şəhərində təhsil alan azərbaycanlı tələbələrlə keçirilib. 

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, onun həyat və fəaliyyət yolu haqqında ətraflı məlumat verib, onun tərəfindən təməli qoyulmuş və həyata keçirilmiş nəhəng layihələrdən danışıb.

Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tələbələrə ümummilli liderin zəngin həyat və fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş olunub.

Sonra tədbir Litva bəstəkarı və rəssamı, Litva peşəkar musiqisinin banisi Mikaloyüs Çürlyonisin adına milli incəsənət muzeyində M. Çürlyonisin və Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin əsərlərinin ifası ilə davam edib.

Son xəbərlər

Orphus sistemi