​Litva ali məktəblərində 200-dən artıq azərbaycanlı tələbə təhsil alır

​Litva ali məktəblərində 200-dən artıq azərbaycanlı tələbə təhsil alır Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkənin daxili işlər naziri Saulius Skvernelislə görüşüb
Xarici siyasət
22 May , 2015 10:16
​Litva ali məktəblərində 200-dən artıq azərbaycanlı tələbə təhsil alır

Bakı. 22 may. REPORT.AZ/ Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkənin daxili işlər naziri Saulius Skvernelislə görüş keçirib. Bu barədə “Report”a Azərbaycanın Litvadakı səfirliyindən məlumat verilib.

Görüş zamanı Azərbaycan Fövqəladə Hallar Nazirliyinin son illər ərzində Litva Daxili İşlər Nazirliyi ilə sıx və məhsuldar əməkdaşlığı, qarşılıqlı səfərlərin həyata keçirilməsi, konkret işlərin aparılması xüsusi ilə vurğulanıb. Eyni zamanda, bu cür təcrübənin Litva Daxili İşlər Nazirliyinin digər fəaliyyət istiqamətləri üzrə də davam etdirilməsinin mümkünlüyü qeyd edilib və Azərbaycan Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın genişləndirilməsinin maraq kəsb etdiyi bildirilib.

Miqrasiya məsələlərinə toxunmuş S.Skvernelis hazırda, əcnəbilərin Litvada təhsil aldıqdan sonra ölkədə qalıb qanuni yaşayıb işləməyə icazə verən qanuna baxıldığını qeyd edib. Mövzu ilə bağlı səfir Azərbaycan Prezidenti tərəfindən təhsil sahəsinə xüsusi diqqətin yetirildiyini qeyd edib. O, hazırda Litvanın 5 universitetinin Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramına daxil edildiyini və Litva ali məktəblərində 200-dən artıq azərbaycanlı tələbənin təhsil aldığını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

Qeyd edək ki, Litva Daxili İşlər Nazirliyinin strukturu Yanğınla Mübarizə və Xilasetmə, Miqrasiya, Dövlət Sərhədinin Mühafizəsi, Regionların İnkişafı, İnformasiya Texnologiyaları və bir sıra digər departamentləri əhatə edir.

Son xəbərlər

Orphus sistemi