Latviya XİN: Azərbaycan Şərq Əməkdaşlığı kontekstində mühüm rol oynayır

Latviya XİN: Azərbaycan Şərq Əməkdaşlığı kontekstində mühüm rol oynayır "Şərq əməkdaşlığı"nın növbəti sammiti 2015-ci il may ayının 21-22-də Riqada keçiriləcək
Xarici siyasət
12 Noyabr , 2014 11:08
Latviya XİN: Azərbaycan Şərq Əməkdaşlığı kontekstində mühüm rol oynayır

Bakı. 12 noyabr. REPORT.AZ/ Latviya Xarici işlər Nazirliyinin (XİN) Şərq Əməkdaşlığı məsələlərinə dair xüsusi tapşırıqlar üzrə səfiri Yuris Poykans Azərbaycana səfər edib. Səfərin məqsədi Azərbaycanın rəsmi şəxslərini Latviyanın 2015-ci ilin birinci yarısında Avropa İttifaqı Şurasında sədrliyi zaman onun prioritetləri haqqında məlumatlandırmaqdır. "Report" Latviya XİN-n mətbuat xidmətinə istinadən xəbər verir ki, Y.Poykans Azərbaycanın yüksək səviyyəli rəsmi şəxslər- xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovla görüşüb.

Y.Poykans Azərbaycanın Şərq Əməkdaşlığı kontekstində mühüm rolunu vurğulayıb, Aİ və Azərbaycanın enerji resurslarının tədarükü sahəsində aktiv və konstruktiv əməkdaşlığını pozitiv şəkildə qiymətləndirib. 

Latviyalı səfir həmçinin Azərbaycan Prezidentinin 2015-ci il may ayının 21-22-də keçiriləcək Şərq Əməkdaşlığı Riqa sammitində iştirakının vacibliyini qeyd edib. 

"İkitərəfli münasibətlər sahəsində Latviya və Azərbaycan nümayəndələri hər iki ölkənin siyasi və iqtisadi əməkdaşlığını müsbət qiymətləndiriblər. Azərbaycan nümayəndələri Latviyanın Aİ Şurasında növbəti sədrlik edən ölkə kimi Aİ və Azərbaycan münasibətlərinin möhkəmləndirilməsində müsbət rol oynayacağına ümidvar olduqlarını bildiriblər. Y.Poykans Latviyanın Aİ və Azərbaycanın dialoqunu dəstəkləməyə  və kömək etməyə hazır olduğunu təsdiq edib" - deyə, mətbuat xidmətinin məlumatında qeyd olunub.   

Son xəbərlər

Orphus sistemi