​Latviya Azərbaycana yeni səfir təyin edib - FOTO

​Latviya Azərbaycana yeni səfir təyin edib - FOTO Yuris Maklakovs bu təyinata qədər Latviyanın Qazaxıstandakı səfiri vəzifəsində çalışıb
Xarici siyasət
27 İyul , 2015 10:12
​Latviya Azərbaycana yeni səfir təyin edib - FOTO

Bakı. 27 iyul. REPORT.AZ/ Latviya Azərbaycana yeni səfir təyin edib.

"Report" Latviya Prezidentinin saytına istinadən xəbər verir ki, yeni səfir təcrübəli diplomat Yuris Maklakovs olacaq.

Bununla əlaqədar, Latviya prezidenti Raymonds Veyonis Azərbaycana təyin olunan yeni səfirlə görüşüb. Görüşdə Prezident səfirə etimadnamələri təqdim edib.

Yeni səfir Azərbaycana gələn həftə gələcək. O, Prezident İlham Əliyevə etimadnaməsini təqdim etdikdən sonra diplomatik missiyasına başlayacaq.

Bundan əvvəl Maklakovs Latviyanın Qazaxıstandakı səfiri vəzifəsində çalışıb. Onun 51 yaşı var, ailəlidir, bir övlad atasıdır. Səfir latış, rus və ingilis dillərində sərbəst danışır.

Qeyd edək ki, Y.Maklakovs bu ilin aprel ayında xəstəlikdən Bakıda vəfat edən səfir Hardiys Baumanisi əvəz edəcək. 

Son xəbərlər

Orphus sistemi