​Krımda 20 Yanvar şəhidləri yad edilib

​Krımda 20 Yanvar şəhidləri yad edilib Azərbaycan diasporunun nümayəndələri Cəlil Nəcəbov adına parka toplaşıblar
Xarici siyasət
20 Yanvar , 2015 20:11
​Krımda 20 Yanvar şəhidləri yad edilib

Bakı. 20 yanvar. REPORT.AZ/ Krımın Azərbaycan diasporunun nümayəndələri yanvarın 19-da Yaltada Cəlil Nəcəbov adına parka toplaşaraq 1990-cı ildə Bakıda törədilən 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər.

"Report" xəbər verir ki, soydaşlarımız abidə önünə gül dəstələri qoyub, ölənlərin ruhuna dualar oxuyublar.

Qeyd edək ki, 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet dövlətinin hərb maşını həm quru, həm də dəniz yolu ilə Bakı şəhərinə həmlə edərək görünməmiş qəddarlıqla həyata keçirilən cəza tədbirlərinə imza atıblar.

Bu hadisə nəticəsində 133 günahsız dinc sakin qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs olunub. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar və qocalar da var idi.

SSRİ Prezidenti Mixail Qorbaçovun göstərişi ilə Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb.

Son xəbərlər

Orphus sistemi