Bakı. 8 iyun. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin həftə sonu Azərbaycana səfər edəcək. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Kremldən bildiriblər.
"Bu həftə prezident İtaliyaya gedəcək, həftənin ikinci yarısı - sonuna doğru isə Azərbaycana səfər edəcək", - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bir qədər əvvəl Putinin Bakıda keçiriləcək ilk Avropa Oyunlarının Açılış mərasimində iştirak edə biləcəyi haqda bildirilirdi. "Dəvət var. Belə bir səfərin baş tutacağı istisna deyil", - D.Peskov deyib.
Xatırladaq ki, I Avropa Oyunları iyun ayının 12-dən 28-dək Bakıda keçiriləcək.