Kreml: Rusiya prezidenti avqustun 8-də Azərbaycana səfər edəcək

Kreml: Rusiya prezidenti avqustun 8-də Azərbaycana səfər edəcək Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçiriləcək
Xarici siyasət
2 Avqust , 2016 14:33
Kreml: Rusiya prezidenti avqustun 8-də Azərbaycana səfər edəcək

Bakı. 2 avqust. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin avqustun 8-də Azərbaycana səfər edəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, daha əvvəl avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentləri arasında üçtərəfli görüşün keçiriləcəyi xəbər verilmişdi.

Üç ölkə prezidentinin beynəlxalq və regional siyasətin aktual məsələlərini, xüsusilə energetika və nəqliyyat sahələrində praktiki əməkdaşlığın yaradılması perspektivlərini müzakirə edəcəyi gözlənilir. 

Bakıda olduğu müddətdə V.Putinin Azərbaycan və İran liderləri ilə ayrı-ayrılıqda ikitərəfli danışıqlar aparacağı da planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi