Koreya səfiri: "Azərbaycan inkişaf etmiş elektron hökumət sistemlərindən birini yaradıb"

Koreya səfiri: "Azərbaycan inkişaf etmiş elektron hökumət sistemlərindən birini yaradıb" Kim Çan Qyu: "Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu sistemi dünyada tətbiq etmək üçün ən yüksək səviyyədə addımlar atır"
Xarici siyasət
19 Avqust , 2016 11:22
Koreya səfiri: Azərbaycan inkişaf etmiş elektron hökumət sistemlərindən birini yaradıb

Bakı. 19 avqust. REPORT.AZ/ "Koreya və Azərbaycan arasında sıx əməkdaşlıq yaradılıb, lakin bu əməkdaşlığı genişləndirmək lazımdır".

"Report" xəbər verir ki, bu sözləri Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çan Qyu Bakıda keçirilən Azərbaycan və Koreya arasında dövlət idarəçiliyi sahəsaində əməkdaşlıq forumunda deyib.

Onun sözlərinə görə, bu forum iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcək. Səfir vətəndaşlara elektron xidmət göstərilməsinin inkişafından məmnunluğunu ifadə edib və ikitərəfli əlaqələrin daha da inkişafı üçün əlindən gələni edəcəyini söyləyib.

Kim Çan Qyu Koreyanın elektron hökumət xidmətlərinin göstərilməsində ən qabaqcıl sistemlərindən birini yaratdığını bildirib: "Eyni zamanda, Azərbaycan da inkişaf etmiş elektron hökumət sistemlərindən birini yaradıb və bu sahədə gördüyü işlərlə keçmiş SSRİ-nin digər dövlətlərindən fərqlənir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu sistemi dünyada tətbiq etmək üçün ən yüksək səviyyədə addımlar atır".

Son xəbərlər

Orphus sistemi