Baş konsul: "Konqres Azərbaycan kimi ölkələrin dini azadlığı necə inkişaf etdirmələrinə nəzər salmalıdır"

Baş konsul: "Konqres Azərbaycan kimi ölkələrin dini azadlığı necə inkişaf etdirmələrinə nəzər salmalıdır" "Dünyada radikalizm, nifrət və dözülməzliyin artmasını nəzərə alaraq, Konqresin ABŞ-ın tolerant və kübar dostlarını dəstəkləməsi vacibdir"
Xarici siyasət
6 Yanvar , 2015 11:17
Baş konsul: Konqres Azərbaycan kimi ölkələrin dini azadlığı necə inkişaf etdirmələrinə nəzər salmalıdır

Bakı. 6 yanvar. REPORT.AZ/ ABŞ Konqresinin fəaliyyətini işıqlandıran "Roll Call" qəzeti Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Azərbaycanın tolerantlıq modeli haqqında məqaləsini dərc edib. 

"Report"un xəbərinə görə,  məqaləsində N.Ağayev qeyd edib ki, Yaxın Şərqdə xaos yaradan və bu ölkələrdə dini dözülməzliyin artmasına gətirib çıxaran "Ərəb baharı"nın başlamasından 4 il ötür. 

"Bu planda Konqres Azərbaycan kimi ölkələrin dini azadlığı necə inkişaf etdirmələrinə və ekstremizmlə mübarizə aparmalarına nəzər salmalıdır. Dünyada radikalizm, nifrət və dözülməzliyin artmasını nəzərə alaraq, Konqresin ABŞ-ın  tolerant və kübar dostlarını dəstəkləməsi və əsas model qismində  Azərbaycanın dinlərarası dialoq modelini qəbul etməsi və  bu siyasəti bütün dünyada yayması vacibdir", - baş konsul qeyd edib.

N.Ağayev vurğulayıb ki, Azərbaycanda dövlət din azadlığını təmin edir.

Son xəbərlər

Orphus sistemi