Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Türkiyəyə səfər edəcək

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Türkiyəyə səfər edəcək Tədbirin məqsədi parlament üzvlərinin fəaliyyətinin effektivliyini artırmaqdır
Xarici siyasət
19 Mart , 2015 17:51
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Türkiyəyə səfər edəcək

Bakı. 19 mart. REPORT.AZ/ Martın 25-də Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Seçkili orqanlar: fəaliyyətin şəffaflığı və cavabdehlik” mövzusuna həsr olunan seminarda iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə yola düşəcək.

Bu barədə “Report”a MM-dən məlumat verilib.

AŞPA-nın Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsinin və Türkiyə Böyük Millət Məclisinin birgə təşkil etdiyi bu tədbirin məqsədi parlament üzvlərinin fəaliyyətinin effektivliyini artırmaqdır.

Tədbirdə parlamentarilərin davranış kodeksləri və siyasi partiyaların və seçki kampaniyalarının maliyyələşdirilməsi mövzularında fikir mübadiləsi aparılacaq.

İkinci mövzunun müzakirəsi zamanı seminara Əli Hüseynli sədrlik edəcək.

Səfər martın 28-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi