Bakı. 16 yanvar. REPORT.AZ/ Kolumbiyanın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili Marta Qalindo Bakıya gəlib.
"Report"un məlumatına görə, yaxın vaxtlarda xanım diplomat Azərbaycan XİN-də görüşlər keçirərək öz etimadnaməsini təqdim edəcək.
M.Qalindo bu postda 2015-ci ilin sonunda Azərbaycandakı diplomatik missiyasını başa çatdıran Əsəd Xose Xater Penyanı əvəz edəcək.