Kəmaləddin Heydərov Əfqanıstanın Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Kəmaləddin Heydərov Əfqanıstanın Təhlükəsizlik Şurasının katibi ilə görüşüb Əfqanıstanlı gənclərin FHN-in Akademiyasında təhsil alması məsələsi ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
31 May , 2016 04:35
Kəmaləddin Heydərov Əfqanıstanın Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Bakı. 31 may. REPORT.AZ/ Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Əfqanıstanın Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Kəmaləddin Heydərov FHN-in fəaliyyəti, Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verib. O, Əfqanıstanın uyğun qurumları ilə fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu bildirib əlaqələrin geniş perspektivləri olduğunu vurğulayıb.

Mohammad Xanif Atmar bildirib ki, Əfqanıstan bütün sahələrdə olduğu kimi, fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə də iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın inkişafında maraqlıdır.

Görüşdə əfqanıstanlı gənclərin FHN-nin Akademiyasında təhsil alması və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.  

Son xəbərlər

Orphus sistemi