İtalyan ekspert Ağdamda "İmarət" Kompleksinə baxış keçirib

İtalyan ekspert Ağdamda "İmarət" Kompleksinə baxış keçirib Qədim abidələrin bərpası üzrə beynəlxalq dərəcəli italyan ekspert Alessandro Bianki Ağdamda "İmarət" Kompleksinə baxış keçirib.
Xarici siyasət
17 Yanvar , 2024 14:34
İtalyan ekspert Ağdamda İmarət Kompleksinə baxış keçirib

Qədim abidələrin bərpası üzrə beynəlxalq dərəcəli italyan ekspert Alessandro Bianki Ağdamda "İmarət" Kompleksinə baxış keçirib.

“Report”un Ağdama ezam olunmuş əməkdaşının xəbərinə görə, o, kompleksdə yerləşən qədim məzarlığın ilkin halı və aparılan tədqiqat işlərindən sonrakı vəziyyətlə bağlı jurnalistlərə geniş məlumat verib.

A.Bianki bildirib ki, kompleksdəki qəbirlər işğal dövründə ermənilər tərəfindən dağıdılıb: “Məzar daşları dağıdılaraq ərazidən daşınıb. Hazırda həm məzarlıqda, həm də kompleksdə tədqiqatlar davam etdirilir”.

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi