İtaliyanın Trento şəhərində Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib

İtaliyanın Trento şəhərində Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib Səfir Məmməd Əhmədzadə münaqişənin tarixi, siyasi və hüquqi aspektləri barədə məlumat verib
Xarici siyasət
12 Oktyabr , 2016 12:19
İtaliyanın Trento şəhərində Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib

Bakı. 12 oktyabr. REPORT.AZ/ İtaliyanın Trento şəhərində “Il Nodo di Gordio” beyin mərkəzi tərəfindən dərc edilən “Arqonavtların torpağı: Trentino-Alto Adice muxtariyyəti xalqların birgə yaşaması üçün bir model kimi” (Terre degli Argonauti: L’Autonomia del Trentino-Alto Adige come modello per la convinenza tra i Popoli) adlı kitabın təqdimatına həsr olunmuş tədbir keçirilib.

Azərbaycanın İtaliyadakı səfirliyindən "Report"a verilən məlumata görə, sözügedən kitabda Ermənistan-Azərbaycan münaqişəsi mövzusuna da yer verilib. Bu xüsusda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayevanın müəllifi olduğu “ATƏT-in vasitəçilik təşəbbüslərinin panoraması: Dağlıq Qarabağ münaqişəsi” adlı məqaləsi, həmçinin bir sıra italyan tədqiqatçıların da mövzu ilə bağlı məqalələri dərc edilib.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ölkəsinin keçdiyi müstəqillik yolundan danışıb, diqqəti Ermənistan-Azərbaycan münaqişəsinə yönəldərək münaqişənin tarixi, siyasi və hüquqi aspektləri, beynəlxalq təşkilatlar tərəfindən münaqişə ilə bağlı qəbul olunan sənədlər və münaqişənin nizamlanmasına dair Azərbaycanın mövqeyi barədə məlumat verib.

Son xəbərlər

Orphus sistemi