İsveçrənin Azərbaycana yeni təyin olunmuş səfirinin adı açıqlanıb

İsveçrənin Azərbaycana yeni təyin olunmuş səfirinin adı açıqlanıb Bu vəzifəyə Filip Stadler təyin olunub
Xarici siyasət
16 Sentyabr , 2015 13:33
İsveçrənin Azərbaycana yeni təyin olunmuş səfirinin adı açıqlanıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ İsveçrənin Azərbaycana yeni təyin olunmuş səfirinin adı açıqlanıb. 

Bakıdakı diplomatik missiyasını başa vuran İsveçrənin Azərbaycandakı səfiri Paskal Abişerin "Report"a verdiyi məlumata görə, bu, Filip Stadler olacaq.

Onun sözlərinə görə, yeni səfir oktyabrın əvvəllərində Bakıya gələcək və Azərbaycanın xarici işlər naziri, həmçinin, ölkə başçısına etimadnaməsini təqdim etdikdən sonra diplomatik missiyasına başlayacaq.

Qeyd edək ki, bu təyinata qədər F.Stadler İsveçrənin Yunanıstandakı səfirinin müavini vəzifəsində çalışıb.

P.Abişer 2013-cü ildən İsveçrənin Azərbaycandakı səfiri vəzifəsini tutub. Hazırda o, İsveçrənin Belarusdakı səfiri vəzifəsinə yeni təyinat alıb. 

Son xəbərlər

Orphus sistemi