İsveç XİN rəhbəri: "Azərbaycan bütün dünyaya nümunədir"

İsveç XİN rəhbəri: "Azərbaycan bütün dünyaya nümunədir" "Mədəniyyətlərarası və dinlərarası dialoq bizim bu gün ehtiyac duyduğumuz məsələlərdən biridir"
Xarici siyasət
10 Fevral , 2016 13:13
İsveç XİN rəhbəri: Azərbaycan bütün dünyaya nümunədir

Bakı. 10 fevral. REPORT.AZ/ "Azərbaycan müxtəlif dinlərin sülh şəraitində yaşaya bildikləri nümunəsini bütün dünyaya nümayiş etdirir". 

"Report" xəbər verir ki, bu barədə İcveç XİN rəhbəri Marqot Valstrem Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşü zaman bildirib. 

Onun sözlərinə görə, müxtəlif dinlərin nümayəndələrinin qarşılıqlı dialoq apara bilməsi vacibdir. 

İsveçin xarici işlər naziri qeyd edib ki, mədəniyyətlərarası və dinlərarası dialoq bizim bu gün ehtiyac duyduğumuz məsələlərdən biridir. O, həmçinin dinlərarası dialoq üçün platformanın yaradılmasının vacibliyini vurğulayıb.

M.Valstrem bildirib ki, böyük sayda qaçqın və məcburi köçkünün öhdəsindən gələ bilən Azərbaycan Suriyadan qaçqınların axını fonunda öz təcrübəsi ilə bölüşə bilər. 

Son xəbərlər

Orphus sistemi