​İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının sessiyası keçirilir

​İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının sessiyası keçirilir Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun sessiyada çıxışı nəzərdə tutulub
Xarici siyasət
21 Yanvar , 2015 14:35
​İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının sessiyası keçirilir

Bakı. 21 yanvar. REPORT.AZ / Yanvarın 21-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının 10-cu sessiyası işə başlayıb.

"Report" AzərTAc-a istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə rəsmi açılışı keçirilən sessiyada Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti təmsil edir.
Sessiya “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayıb.

Tədbirdə İslam Əməkdaşlıq Təşkilatı və onun Parlament İttifaqı arasında Anlaşma və Əməkdaşlıq Memorandumu ratifikasiya olunacaq, qurumun ixtisaslaşmış komitələrinin təqdim etdikləri sənədlərin müzakirəsi keçiriləcək, bir sıra təşkilati məsələlərə baxılacaq.

Milli Məclisin sədri Oqtay Əsədovun sessiyada çıxışı nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi