İsrail XİN başçısı: "Bizim Azərbaycanla olan münasibətlərimiz əsas nailiyyətlərimizdəndir"

İsrail XİN başçısı: "Bizim Azərbaycanla olan münasibətlərimiz əsas nailiyyətlərimizdəndir" "Azərbaycanla ticarət dövriyyəmiz hətta Fransadan da üstündür"
Xarici siyasət
16 May , 2015 09:55
İsrail XİN başçısı: Bizim Azərbaycanla olan münasibətlərimiz əsas nailiyyətlərimizdəndir

Bakı. 16 may. REPORT.AZ/ "Bizim Azərbaycanla olan münasibətlərimiz, sözsüz ki, ən əsas nailiyyətlərimizdəndir". "Report"un məlumatına görə, İsrailin xarici işlər naziri Aviqdor Liberman "İzRus" saytına müsahibədə belə deyib. 

İsrailin postsovet ölkələri ilə münasibətlərini şərh edən xarici işlər naziri ölkəsinin Azərbaycanla olan ticarət dövriyyəsinin hətta Fransadan da üstün olduğunu vurğulayıb: "Bununla yanaşı, biz Azərbaycandan nefti son 6-7 il ərzində almağa başlamışıq. Burada qeyd etmək lazımdır ki, mənim zəhmətim də bilavasitə öz təsirini göstərib".


Son xəbərlər

Orphus sistemi