İsmayıl Qəhrəman: "Azərbaycan-Türkiyə qardaşlığı əbədidir"

İsmayıl Qəhrəman: "Azərbaycan-Türkiyə qardaşlığı əbədidir" Türkiyə parlamentinin sədri ölkələrimiz arasındakı əlaqələrin tarixi kökə malik olduğunu vurğulayıb
Xarici siyasət
22 Dekabr , 2015 19:38
İsmayıl Qəhrəman: Azərbaycan-Türkiyə qardaşlığı əbədidir

Bakı. 22 dekabr. REPORT.AZ/ "Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlıqla yanaşı, dərin qardaşlıq əlaqələri mövcuddur. Ölkələrimizin dostluğu və qardaşlığı əbədidir".

"Report"un məlumatına görə, bu fikirləri Türkiyə Böyük Milli Məclisinin sədri İsmayıl Qəhrəman Türkiyənin Azərbaycandakı səfirliyində onun şərəfinə verilmiş ziyafətdə bildirib. 

Türkiyə parlamentinin sədri ölkələrimiz arasındakı əlaqələrin tarixi kökə malik olduğunu vurğulayıb. O, əməkdaşlığımızın bundan sonra da inkişaf edəcəyini deyib.

Ziyafətdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, KİV təmsilçiləri, türkiyəli iş adamları iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi