İSESKO-nun baş katibi: "Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoq təcrübəsi dünya üçün örnəkdir"

İSESKO-nun baş katibi: "Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoq təcrübəsi dünya üçün örnəkdir" Azərbaycan xarici işlər naziri Əbdüləziz Osman əl-Tüveycrini qəbul edib
Xarici siyasət
29 Aprel , 2015 18:10
İSESKO-nun baş katibi: Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoq təcrübəsi dünya üçün örnəkdir

Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İSESKO-nun baş katibi Əbdüləziz Osman əl-Tüveycrini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Əbdüləziz Osman əl-Tüveycri Azərbaycanın İSESKO çərçivəsində fəaliyyətini və təşkilatın məqsəd və məramnlarının həyata keçirilmiəsinə verdiyi töhfələrini yüksək qiymətləndirib.

O, Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoq təcrübəsinin dünya üçün örnək olduğunu diqqətə çatdırıb.

Birinci Bakı Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edən Əbdüləziz Osman əl-Tüveycri oyunların inaqurasiya mərasimində iştirak edəcəyindən şərəf duyduğunu bildirib.

Elmar Məmmədyarov İslam dünyasında həmrəyliyin gücləndirilməsinin vacibliyini vurğulayıb və İslam Əməkdaşlıq Təşkilatı və İSESKO-nun İslam dünyasının üzləşdiyi məsələlərin müzakirəsi və həll yollarının tapılması üçün vacib platforma olduğunu söyləyib.

Görüşdə Azərbaycan ilə İSESKO arasında əməkdaşlığa dair məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi