İSESKO-nun baş direktoru: "Özünü İslam adı altında qələmə verən təşkilatlara qarşı sərt mövqe sərgiləməliyik"

İSESKO-nun baş direktoru: "Özünü İslam adı altında qələmə verən təşkilatlara qarşı sərt mövqe sərgiləməliyik" "Qərb mətbuatında İslam haqqında verilən yanlış mesajların qarşısını almalıyıq"
Xarici siyasət
23 Noyabr , 2015 10:54
İSESKO-nun baş direktoru: Özünü İslam adı altında qələmə verən təşkilatlara qarşı sərt mövqe sərgiləməliyik

Bakı. 23 noyabr. REPORT.AZ/ “Azərbaycanın İSESKO ilə əməkdaşlığını yüksək qiymətləndirirəm. Çünki bu ölkə bütün dünyaya öz mesajlarını göndərə bilib. Bu da əməkdaşlıq üçün gözəl nümunədir. Eyni zamanda, bu müsbət əməkdaşlıq quruma üzv dövlətlərlə əlaqələrin daha da gücləndirilməsinə şərait yaratmış olacaq”. “Report” xəbər verir ki, bunu İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri deyib.

O bildirib ki, qurum öz üzərinə qoyulan məsuliyyəti hər zaman doğrultmağa çalışıb: “Şaxələndirilmiş elmə çıxışı təmin etməliyik. Digər İslam ölkələri ilə əməkdaşlıq edərək bu istiqamətdə səyləri birləşdirməliyik. Bundan sonra da öz səylərimizi nümayiş etdirəcəyik”.

İSESKO-nun baş direktoru qeyd edib ki, silahlı münaqişələr və böyük sayda insan itkiləri olan məkanlarda, eləcə də elmi, mədəni və təhsil imkanlarından məhrum olan müsəlman icmalarının qarşısına çıxmalı və bu imkanların onlar üçün bərpa olunmasına nail olunmalıdır: “Artıq vaxt yetişib və sülh, tolerantlıq, müsəlman qardaşlığının gücləndirilməsi, həmçinin müsəlman məktəblərin, mədrəsələrin yaradılması istiqamətində əlaqələri gücləndirməliyik”.

O əlavə edib ki, terrorçuluğa və zorakılığa qarşı mübarizə aparılmasında qərarlıdırlar: “Qərb mətbuatında İslam haqqında verilən yanlış mesajların qarşısını almalıyıq. Özünü İslam adı altında qələmə verən təşkilatlara sərt mövqe sərgiləməliyik. Qurumumuzun bu istiqamətdə işi o qədər fəal deyil. Buna görə də məhz sivilizasiya modelimizi düzgün şəkildə nümayiş etdirməliyik. İslam dini birlik, sülh, mədəniyyət və təhsil dinidir. Ona görə də bunu hər kəsə sübut etməliyik. Bəşəriyyətin qarşısında duran çətinliklərin aradan qaldırılmasına öz töhfəmizi verə bilərik. Medianın bu istiqamətdəki əvəzsiz rolunu daha da artırmalıyıq. İSESKO mədəniyyətlər arasında körpü rolunu oynamalıdır".

Son xəbərlər

Orphus sistemi