​İranın Qərbi Azərbaycan vilayətinin nümayəndə heyəti Naxçıvanda səfərdədir

​İranın Qərbi Azərbaycan vilayətinin nümayəndə heyəti Naxçıvanda səfərdədir Əlireza Radfər Azərbaycan rəsmilər ilə bir sıra görüşlər keçirib
Xarici siyasət
16 Avqust , 2015 20:34
​İranın Qərbi Azərbaycan vilayətinin nümayəndə heyəti Naxçıvanda səfərdədir

Bakı. 16 avqust. REPORT.AZ/ İranın Qərbi Azərbaycan valisinin siyasi məsələlər üzrə müavini Əlireza Radfərin başçılıq etdiyi heyəti Azərbaycanın Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

İranın Naxçıvandakı baş konsulluğundan “Report”a verilən məlumata görə, nümayəndə heyəti səfər çərçivəsində Naxçıvanda ilk dəfə keçirilən “Qərbi Azərbaycanın İstehsal və ixracat imkanları” sərgisinin açılış mərasimində iştirak edib.

Səfər zamanı nümayəndə heyətinin üzvləri naxçıvanlı rəsmilərlə də görüşüblər. Naxçıvan MR Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov ilə görüşdə qarşılıqlı məsələlər barədə fikir mübadiləsi aparılıb. A.Zeynalov Azərbaycan və İran prezidentlərinin hər iki ölkənin inkişafı ilə bağlı ciddi istəklərinə toxunub və əlavə edib ki, Ali Məclisin sədri Vasif Talıbov da İran, o cümlədən qonşu vilayətlərlə əlaqələrin genişləndirilməsində xüsusi təkid edir.

Ə.Radfər isə öz növbəsində birinci “Qərbi Azərbaycan İstehsal və ixracat imkanları” sərgisinin keçirilməsindən məmnunluğunu ifadə edib, sərginin təşkili ilə bağlı göstərilən köməyə görə minnətdarlığını bildirib. Valinin müavini bildirib ki, Qərbi Azərbaycan vilayətindən 100 nəfər sahibkar və iş adamının bu sərgidə iştirakı tərəflərin bir-birlərini və fəaliyyət imkanlarını daha da yaxından tanımasına müsbət təsir göstərəcək və bu mühüm iqtisadi tədbir iqtisadi və sənaye sahəsində əməkdaşlığın inkişafında müstəsna rol oynayacaq.

Valinin müavini hərtərəfli əməkdaşlıq üçün hazır olduqlarını bildirib.

Son xəbərlər

Orphus sistemi