Bakı. 17 fevral. REPORT.AZ/ İranda keçiriləcək parlament seçkiləri ilə əlaqədar bu ölkənin Bakıdakı səfirliyində seçki məntəqəsi açılacaq.
Səfirlikdən "Report"a verilən məlumata görə, seçki məntəqəsi fevralın 26-da 8:00-dan 18:00-dək səfirliyin konsulluq bölməsində (Şərifzadə küçəsi, 269) fəaliyyət göstərəcək.
Seçki məntəqəsi, həmçinin Naxçıvanda İran Baş konsulluğunun binasında da fəaliyyət göstərəcək.