​İranın Azərbaycandakı səfiri: Beynəlxalq birlik Yəməndə hərbi əməliyyatların dərhal dayandırılması üçün çalışmalıdır

​İranın Azərbaycandakı səfiri: Beynəlxalq birlik Yəməndə hərbi əməliyyatların dərhal dayandırılması üçün çalışmalıdır "Yəmənin daxili münaqişəsi sülh və danışıq yolu ilə və digər ölkələrin müdaxiləsi olmadan həll olunmalıdır"
Xarici siyasət
26 Mart , 2015 17:05
​İranın Azərbaycandakı səfiri: Beynəlxalq birlik Yəməndə hərbi əməliyyatların dərhal dayandırılması üçün çalışmalıdır

Bakı. 26 mart. REPORT.AZ/ İran Azərbaycandakı səfiri Möhsün Pakayin Yəməndə vəziyyətin pisləşməsinə və dinc sakinlərin qətlə yetirilməsinə görə nigarançılığını bildirərək beynəlxalq birliyi, dünyanın sülhsevər ölkələrini, xüsusilə region ölkələrini Yəməndə hərbi əməliyyatların dərhal dayandırılması üçün səy göstərmələrinə səslədi. "Report"un məlumatına görə, səfir media nümayəndələrinə verdiyi açıqlamasında bildirib ki, "Müstəqil ölkəyə qarşı hərbi əməliyyatlar keçirmək həmin ölkənin süverenliyini və beynəlxalq qanunları pozmaqdır və günahsız insanların öldürülməsindən, dağıntıların və xarabalıqların yaranmasından başqa bir nəticəsi olmayacaq".

İran səfiri beynəlxalq təşkilatların və birliklərin müstəqil ölkələrə, o cümlədən Suriyaya müdaxilənin müqabilində sükut etməsini regionda böhranın daha da dərinləşməsinə səbəb olduğunu bildirib və beynəlxalq aləmim bu səhvi Yəməndə təkrarlamayacağına ümid etdiyini deyib. O, bildirdi ki, İran Yəməndə baş verən hadisələri diqqətdə saxlayır: "Yəmənin daxili münaqişəsi sülh və danışıq yolu ilə və digər ölkələrin müdaxiləsi olmadan həll olunmalıdır. İran sülhsevər ölkə olaraq Yəməndə böhranın və beynəlxalq qanunların pozulmasının qarşısını almaq üçün çalışacaq".

"İran Yəmən böhranının ilk vaxtlarından bütün Yəmən qrupları arasında danışıqların keçirilməsini istəmişdi və bildirmişdi ki, üçüncü qüvvələrin müdaxiləsi bu böhranın daha da dərinləşməsinə, ölkədə terrorizm və radikallığın artmasına səbəb olacaq", - Pakayin bildirib.

Son xəbərlər

Orphus sistemi