İran XİN rəsmisi Azərbaycanı terrorla mübarizədə səyləri birləşdirməyə çağırıb

İran XİN rəsmisi Azərbaycanı terrorla mübarizədə səyləri birləşdirməyə çağırıb Hadi Süleymanpur: "Radikalizm və terrorizm region üçün ən böyük təhdiddir"
Xarici siyasət
3 İyun , 2016 17:18
İran XİN rəsmisi Azərbaycanı terrorla mübarizədə səyləri birləşdirməyə çağırıb

Bakı. 3 iyun. REPORT.AZ/ "İran və Azərbaycan terrorizm və radikalizm təhdidləri ilə birgə mübarizə aparmaq üçün yollar tapmalıdırlar".

"Report" xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Hadi Süleymanpur ADA Universitetində keçirilən "dəyirmi masa"da deyib.

H.Süleymanpur radikalizm və terrorizmin region üçün ən böyük təhdid olduğunu bildirib.

"İran radikalizm və terrorizmlə mübarizədə qonşuları ilə qarşılıqlı səy göstərmə və anlaşma baxımından böyük potensial görür", - deyə, o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi