İran səfiri Bakıda baş verən yanğınla bağlı başsağlığı verib

İran səfiri Bakıda baş verən yanğınla bağlı başsağlığı verib “Möhsün Pakayin Azərbaycan xalqına, xüsusilə yanğın hadisəsində zərərçəkmişlərin yaxınlarına Uca Tanrıdan səbr diləyir”
Xarici siyasət
19 May , 2015 17:57
İran səfiri Bakıda baş verən yanğınla bağlı başsağlığı verib

Bakı. 19 may. REPORT.AZ/ İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin Bakı şəhərinin Binəqədi rayonunda baş vermiş yanğın hadisəsi ilə bağlı başsağlığı verib. 

“Report”un xəbərinə görə, səfir başsağlığı məktubunda Bakı şəhəri Binəqədi rayonundakı yaşayış binasında baş vermiş və bir neçə insanın yaralanması və həyatını itirməsi ilə nəticələnmiş yanğın hadisəsi ilə bağlı öz dərin kədərini bildirib. 

“Möhsün Pakayin bu ağrılı hadisə ilə bağlı başsağlığı verərək, dost və qardaş ölkə olan Azərbaycan xalqına, xüsusilə yanğın hadisəsində zərərçəkmişlərin yaxınlarına Uca Tanrıdan səbr diləyir”, - səfirliyin məlumatında bildirilib.

Son xəbərlər

Orphus sistemi