Bakı. 11 noyabr. REPORT.AZ/ İran prezidenti Həsən Ruhani Azərbaycana səfəri çərçivəsində Milli Məclisdə olacaq. Bu barədə “Report”a MM-dən bildirilib.
H.Ruhaninin deputatlar qarşısında çıxış edəcəyi vurğulanır.
Qeyd edək ki, H.Ruhani Azərbaycana noyabrın 12-də səfər edəcək. Səfər çərçivəsində ikitərəfli görüşlər keçirilməsi və bir sıra sahələr üzrə ikitərəfli sənədlərin imzalanması gözlənilir.