İndoneziya parlamentinin sədr müavini Azərbaycana gəlib

İndoneziya parlamentinin sədr müavini Azərbaycana gəlib İndoneziya nümayəndə heyəti Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib
Xarici siyasət
8 Sentyabr , 2016 13:34
İndoneziya parlamentinin sədr müavini Azərbaycana gəlib

Bakı. 8 sentyabr. REPORT.AZ/ İndoneziyanın Xalq Konsultativ Konqresinin sədr müavini Osman Sapta Odanqın (Oesman Sapta Odang) rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.

İndoneziyanın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib, ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarı önünə əklil qoyub. 

Nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın müstəqilliyi uğrunda ölənlərin xatirəsini yad edib. 

Qeyd edək ki, səfər çərçivəsində O.S.Odanq Milli Məclisdə, eləcə də bir sıra rəsmi şəxslərlə görüşlər keçirəcək. Görüşlərdə Azərbaycan-İndoneziya münasibətlərinin möhkəmləndirilməsi perspektivləri müzakirə olunacaq. 

Son xəbərlər

Orphus sistemi