​İlham Əliyev Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşüb

​İlham Əliyev Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşüb Görüşdə Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrdən məmnunluq ifadə edilib
Xarici siyasət
6 Mart , 2015 23:15
​İlham Əliyev Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşüb

Bakı. 6 mart. REPORT.AZ/ Bu gün Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Vatikanda Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşüb.

"Report" xəbər verir ki, prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın Vatikanda rəsmi qarşılanma mərasimi olub.

Görüşdə Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə edildi. Münasibətlərimizin yaxşı perspektivlərinin olduğu vurğulandı. Vatikanın Azərbaycan ilə əlaqələrə yüksək qiymət və mühüm əhəmiyyət verdiyi bildirildi. Mədəniyyətlərarası və dinlərarası münasibətlərə Azərbaycanın verdiyi önəmin dövlətlərimiz arasında ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığı diqqətə çatdırıldı. Ölkəmizdə nümunəvi tolerantlıq mühitinin olduğu, bütün dini konfessiyaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı bildirildi.

Söhbət zamanı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun son illərdə Vatikanda həyata keçirdiyi müxtəlif mədəni layihələrin əhəmiyyəti vurğulandı.

Görüşdə qarşılıqlı hədiyyələr təqdim edildi.

Son xəbərlər

Orphus sistemi