​İlham Əliyev İspaniya kralına təbrik məktubu ünvanlayıb

​İlham Əliyev İspaniya kralına təbrik məktubu ünvanlayıb Prezident İspaniya xalqını milli bayramları münasibətilə təbrik edib
Xarici siyasət
11 Oktyabr , 2015 11:42
​İlham Əliyev İspaniya kralına təbrik məktubu ünvanlayıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev İspaniya kralı əlahəzrət VI Felipeyə təbrik məktubu yollayıb.

"Report" xəbər verir ki, dövlət başçısı VI Felipeni İspaniya Krallığının milli bayramı münasibətilə təbrik edib.

"İspaniya Krallığının milli bayramı münasibətilə sizi və sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İspaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm", - deyə prezidentin məktubunda bildirilir.

Son xəbərlər

Orphus sistemi