Prezident İlham Əliyev İranın dövlət başçısına zəng edib, sanksiyaların götürülməsi münasibətilə təbriklərini çatdırıb

Prezident İlham Əliyev İranın dövlət başçısına zəng edib, sanksiyaların götürülməsi münasibətilə təbriklərini çatdırıb Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan həmişə bu sanksiyaların əleyhinə olub və bununla bağlı rəsmi açıqlamalar verib
Xarici siyasət
21 Yanvar , 2016 15:28
Prezident İlham Əliyev İranın dövlət başçısına zəng edib, sanksiyaların götürülməsi münasibətilə təbriklərini çatdırıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Həsən Ruhaniyə telefonla zəng edib.

"Report" xəbər verir ki, dövlət başçısı İrana qarşı tətbiq edilən sanksiyaların götürülməsi münasibətilə İran Prezidentinə və xalqına təbriklərini çatdırıb və uğurlar arzulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan həmişə bu sanksiyaların əleyhinə olub və bununla bağlı rəsmi açıqlamalar verib. Azərbaycan Prezidenti sanksiyaların götürülməsindən bir daha məmnunluğunu bildirib.

İran Prezidenti Həsən Ruhani təbriklərinə və xoş sözlərinə görə dövlət başçısı İlham Əliyevə minnətdarlığını çatdırıb və əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafı, enerji məsələləri, ölkələrimizin dəmir yollarının birləşdirilməsi, Astara-Astara dəmir yolu xəttinin çəkilişi, investisiya layihələrinin icrası və digər məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi