İƏT baş katibi Azərbaycana gəlib

İƏT baş katibi Azərbaycana gəlib İyad bin Amin Mədəni ölkənin rəsmi şəxsləri ilə görüşlər keçirəcək
Xarici siyasət
25 Avqust , 2015 10:04
İƏT baş katibi Azərbaycana gəlib

Bakı. 25 avqust. REPORT.AZ/ İslam Əməkdaşlığı Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni Azərbaycana gəlib.

Səudiyyə Ərəbistanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Azərbaycanın rəsmi şəxsləri, eləcə də səfirliyin əməkdaşları qarşılayıb. 

Bakıya səfəri çərçivəsində İyad bin Amin Mədəni ölkənin rəsmi şəxsləri ilə görüşlər keçirəcək.

İƏT rəhbərinin səfəri bu gün axşam başa çatacaq.

Son xəbərlər

Orphus sistemi