Bakı. 16 iyul. REPORT.AZ/ Niderland Krallığının Azərbaycandakı yeni səfirinin adı məlum olub.
"Report" xəbər verir ki, bu postu zəngin karyeraya malik diplomat Onno Kervers tutacaq.
O, bu postda vəzifəsindən ayrılacaq səfir Robert Qabrielseni əvəz edəcək.
Yeni səfirin Bakıya avqustun sonlarında gələcəyi gözlənilir.
Qeyd edək ki, O.Kervers buna qədər müxtəlif vəzifələrdə, o cümlədən Hollandiyanın İstanbuldakı baş konsulu kimi fəaliyyət göstərib. Onun son iş yeri Niderlandın Venesueladakı səfiri postu olub.