Novruz Məmmədov: "Hər bir dövlət terrorizmlə mübarizədə digər maraqlarını kənara qoymalıdır"

Novruz Məmmədov: "Hər bir dövlət terrorizmlə mübarizədə digər maraqlarını kənara qoymalıdır" "Bu təhlükəni aradan qaldırmaq üçün bütün dövlətlər səylərini birləşdirməlidir"
Xarici siyasət
14 Noyabr , 2015 10:53
Novruz Məmmədov: Hər bir dövlət terrorizmlə mübarizədə digər maraqlarını kənara qoymalıdır

Bakı. 14 noyabr. REPORT.AZ/ "Hər bir dövlət terrorizmlə mübarizədə digər maraqlarını kənara qoymalıdır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov rəsmi "twitter" səhifəsində yazıb. 

Parisdə törədilən terror aktlarına münasibət bildirən N.Məmmədov qeyd edib ki, amansız terror aktları nəticəsində Parisdə çoxsaylı insan həlak olub və yaralanıb: "Bununla bağlı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Terrorizm bu gün dünyanın bütün ölkələri üçün ən böyük təhlükələrdən biridir. Bu təhlükəni aradan qaldırmaq üçün bütün dövlətlər səylərini birləşdirməlidir. Heç olmasa, hər bir dövlət terrorizmlə mübarizədə digər maraqlarını kənara qoymalıdır. Heç olmasa, bu məsələdə bütün dövlətlər ədalətli olmalıdır".

Son xəbərlər

Orphus sistemi