Bakı. 2 noyabr. REPORT.AZ/ Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevi noyabrın 1-də keçirilən parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasının qələbəsi münasibətilə təbrik edib.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, baş nazir İrakli Qaribaşvili Azərbaycan Prezidentinə təbrik məktubu göndərib.
Məktubda qeyd olunub ki, Azərbaycanın tərəqqisi və inkişafı Gürcüstan və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsi, iki ölkənin strateji tərəfdaşlığının dərinləşməsi üçün çox vacibdir.
Baş nazir təbrik məktubunda qeyd edib ki, Azərbaycan bölgədə sülh, sabitlik və rifaha xidmət yolundadır.