GUAM və Polşa müxtəlif regional formatlarda əməkdaşlıqla bağlı razılığa gəlib

GUAM və Polşa müxtəlif regional formatlarda əməkdaşlıqla bağlı razılığa gəlib Regionda və onun ətrafındakı mövcud vəziyyət GUAM ölkələri və onların tərəfdaşları arasında əlaqələrin fəallaşdırılmasını tələb edir
Xarici siyasət
2 Fevral , 2016 12:04
GUAM və Polşa müxtəlif regional formatlarda əməkdaşlıqla bağlı razılığa gəlib

Bakı. 2 fevral. REPORT.AZ/ Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) baş katibi Altay Əfəndiyev Polşanın Ukraynadakı səfiri Henrik Litvinovla görüşüb.

"Report" GUAM-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə tərəflər təşkilatın cari işlərinin vəziyyəti, GUAM çərçivəsində əməkdaşlığın perspektiv istiqamətləri, eləcə də GUAM+ formatında əməkdaşlıq barədə fikir mübadiləsi aparıb.

Tərəflər regionda və onun ətrafındakı mövcud vəziyyətin GUAM ölkələri və onların tərəfdaşları arasında əlaqələrin fəallaşdırılmasını, xüsusilə də GUAM nəqliyyat dəhlizinin inkişafında, azad ticarət zonasının yaradılması haqqında sazişin həyata keçirilməsində ortaq səylərin zəruriliyini tələb etdiyini vurğulayb.

Polşalı səfir həm GUAM-Polşa formatında, həm də mümkün yeni çoxşaxəli və regional formatlarda əməkdaşlığının inkişaf etdirilməsində maraqlı olduğunu bildirərək bu əməkdaşlığın regiondakı vəziyyətin sabitləşməsinə, ölkələrin iqtisadi inkişafına, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsinə töhfə verəcəyini söyləyib.

Tərəflər gələcəkdə də sıx əməkdaşlıq etməklə bağlı razılıq əldə edib.

Son xəbərlər

Orphus sistemi