German Sterliqov Moskva aeroportunda saxlanılıb

German Sterliqov Moskva aeroportunda saxlanılıb Rusiyalı iş adamı bu gün saat 17:00-da təyyarə ilə Yerevandan Moskvaya gəlib
Xarici siyasət
31 Avqust , 2015 20:28
German Sterliqov Moskva aeroportunda saxlanılıb

Bakı. 31 avqust. REPORT.AZ/ Rusiyalı iş adamı German Sterliqov Moskvanın Domodedovo hava limanında saxlanılıb. "Report" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. 

"Bu gün G.Sterliqov saat 17:00-da təyyarə ilə Yerevandan Moskvaya gəlib və dövlət sərhədini keçərkən saxlanılıb", - onun vəkili Artur Ayrapetov bildirib. 

Onun sözlərinə görə, G.Sterliqovun saxlanılması çox güman ki, onun beynəlxalq axtarışa verilməsilə əlaqədardır. 

Məlumata görə, iş adamı sərhədi keçərkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi