Fransua Olland apreldə Azərbaycana səfər edəcək

Fransua Olland apreldə Azərbaycana səfər edəcək Aprelin 24-25-də Fransa prezidenti İrəvan və Bakıya səfər edəcək
Xarici siyasət
21 Mart , 2015 09:59
Fransua Olland apreldə Azərbaycana səfər edəcək

Bakı. 21 mart. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland aprelin 24-25-də İrəvan və Bakıya səfəri zaman Azərbaycan və Ermənistan prezidentləri ilə Qarabağ problemini müzakirə edəcək. 

"Report" "Novosti-Armeniya"ya istinadən xəbər verir ki, bu barədə Fransanın Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezir bildirib. 

"Paris Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bütün səylərini göstərəcək. Buna görə də Respublika prezidenti diplomatik təşəbbüslərin bərpasına kömək etmək üçün 2014-cü il oktyabrın 27-də Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə sammit çağırıb. Bu görüş zamanı ilk humanitar addım - itkin düşənlər barədə informasiya mübadiləsi aparmaq haqqında razılığa gəlinib", - A.Dezir qeyd edib. 

Dövlət katibi əlavə edib ki, son aylarda müşahidə olunan gərginlik bu prinsiplərin həyata keçirilməsinin zəruriliyini göstərir. 

Son xəbərlər

Orphus sistemi