Fransanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

Fransanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib Terror aktı qurbanlarının xatirəsini yad etmək məqsədilə bu gün Fransanın bir çox şəhərlərində bayraqlar endirilib
Xarici siyasət
15 İyul , 2016 11:05
Fransanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

Bakı. 15 iyul. REPORT.AZ/ Nitsadsa törədilən terror aktı qurbanlarının xatirəsini yad etmək məqsədilə Fransanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.

Bu barədə "Report"a səfirlikdən məlumat verilib.

Qeyd edək ki, terror aktı qurbanlarına başsağlığı əlaməti olaraq bu gün Parisdə, Fransanın bir çox başqa şəhərlərində, eləcə də ölkə xaricindəki bir çox diplomatik missiyalarında bayraqlar endirilib.

Xatırldaq ki, iyulun 14-də gecə saatlarında yük maşını sürücüsu Bastiliya qalasının alınması münasibətilə keçirilən atəşfəşanlığa baxmaq üçün Nitsa şəhərinin İngiltərə sahilinə toplaşan insan izdihamının olduğu əraziyə daxil olaraq onların üstündən keçib. Şahidlərin ifadələrinə görə, yük maşını dayanmadan irəliləyib, ziqzaqvari hərəkətlərlərlə daha çox insana xəsarət yetirməyə çalışıb. Yük maşınının təxminən 2 km məsafədə qarşısına çıxanı vurduğu söylənilir. Hücum edən şəxs atəş də açıb. O, polis tərəfindən zərərsizləşdirilib.

Hadisə nəticəsində 84 nəfər həlak olub, onlarla insan yaralanıb.

Son xəbərlər

Orphus sistemi