​Fransa səfirliyinin Azərbaycan vətəndaşlarına verdiyi vizaların sayı xeyli artıb

​Fransa səfirliyinin Azərbaycan vətəndaşlarına verdiyi vizaların sayı xeyli artıb 2013-cü illə müqayisədə vizaların sayı 66% artıb
Xarici siyasət
29 Yanvar , 2015 15:43
​Fransa səfirliyinin Azərbaycan vətəndaşlarına verdiyi vizaların sayı xeyli artıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Ötən il Fransa səfirliyindən Azərbaycan vətəndaşlarına verilən vizaların sayı 18 minə çatıb. 2013-cü illə müqayisədə verilən vizaların sayı 66% artıb. Bu barədə "Report"a müsahibəsində Fransanın Azərbaycandakı səfiri Paskal Mönye bildirib.

"Vizaların verilməsi məsələsində Azərbaycana dair bizim siyasətimiz belədir ki, biz getdikcə sərhədlərimizi ölkə vətəndaşları üçün açmaq istəyirik. Statistikaya görə, ötən ilin yayında Fransa səfirliyindən Azərbaycan vətəndaşlarına verilən vizaların sayında xeyli artım var", - səfir qeyd edib. 

O bunu yeni TLS kompaniyasının açılması və Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında vizaların verilməsinin sadələşdirilməsi ilə əlaqələndirir. 

"Əlbəttə ölkələr özlərini terrorizmdən qorumağa çalışırlar, biz də bu gün bunu edirik. Lakin Azərbaycan tərəfdən biz belə bir təhlükə görmürük. Ona görə də düşünmürəm ki, bu hal Azərbaycana hansısa bir təsirini göstərə bilər və bu sahədə hansısa məhdudiyyətlər tətbiq oluna bilər. Lakin biz ehtiyatlı olmalıyıq", - səfir bunu Şengen zonasına daxil olan ölkələrin Parisdə baş vermiş terror aktlarının baş verməsindən sonra sərhədlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məsələsinə toxunarkən deyib.

Son xəbərlər

Orphus sistemi