Fransa səfiri: "Azərbaycan ədəbiyyatının Fransada tanıdılması işində hər bir köməkliyi göstərməyə hazırıq"

Fransa səfiri: "Azərbaycan ədəbiyyatının Fransada tanıdılması işində hər bir köməkliyi göstərməyə hazırıq" Səfir Aureliya Buşez Tərcümə Mərkəzində olub
Xarici siyasət
1 Mart , 2016 12:39
Fransa səfiri: Azərbaycan ədəbiyyatının Fransada tanıdılması işində hər bir köməkliyi göstərməyə hazırıq

Bakı. 1 mart. REPORT.AZ/ Fransa Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri xanım Aureliya Buşez Tərcümə Mərkəzində olub və mərkəzin direktoru Afaq Məsudla görüşüb.

Bu barədə "Report"a mərkəzin mətbuat xidmətindən bildirilib.

A.Məsud bildirib ki, mərkəz dünya ədəbiyyatından tərcümə və nəşr etdiyi əsərlər sırasında Fransa ədəbiyyatına da böyük yer ayırıb: "Jorj Simenon, Marsel Prust, Fransua Moriak, Artur Rembo, Olivye Rolən, Lui Ferdinand Selin, Pol Verlen, Mişel Uelbek, Jan Eşnoz, Marqerit Düras və digər bu kimi məşhur fransız ədiblərinin əsərləri hələ 90-cı illərdən Mərkəz tərəfindən tərcümə və nəşr olunaraq, Azərbaycan oxucusuna çatdırılıb. 2014-cü ilin nobelçisi Patrik Modianonun əsərlər külliyyatı tərcümə və nəşr olunub. Mərkəz, həm də Azərbaycan ədəbiyyatını dünyaya tanıtmaq istiqamətində "Müasir Azərbaycan ədəbiyyatı antologiyası"nın dillərə tərcüməsini və xarici ölkələrdə nəşrini həyata keçirir. Kitab artıq Moskvada nəşr olundu, yaxın vaxtlarda Misirdə, daha sonra digər ərəb ölkələrində və türk dilində Ankarada nəşr olunacaq. Antologiyanın fransız dilinə tərcüməsinə gəlincə, bu işin mükəmməl səviyyədə alınması üçün Fransanın əlaqədar qurumları ilə bağlantı yaratmaq, bu işi fransız bədii tərcümə ustaları, yazıçı və şairləri ilə birgə həyata keçirmək niyyətindəyik".

Səfir isə qeyd edib ki, Azərbaycan ədəbiyyatının Fransada tanıdılması hər ölkə arasında ədəbi-mənəvi körpülərin əsasını qoyacaq təqdirəlayiq hadisədir: "Bu işdə sizə hər bir köməklik göstərməyə hazırıq. Bununla bağlı Fransanın mədəniyyət naziri, tərcümə və nəşr məsələləri ilə bağlı digər aidiyyətli qurumlarla əlaqə yaradacaq, antologiyanın həm mükəmməl tərcüməsi, həm də nəşri ilə bağlı bütün məsələlərin həllində Mərkəzə yardımçı olacağıq".

Son xəbərlər

Orphus sistemi