Firudin Nəbiyev Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru ilə görüşüb

Firudin Nəbiyev Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru ilə görüşüb BMqT ilə Dövlət Miqrasiya Xidməti arasında qarşılıqlı əməkdaşlığın indiki vəziyyəti və perspektivləri müzakirə olunub
Xarici siyasət
28 Oktyabr , 2015 17:42
Firudin Nəbiyev Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru ilə görüşüb

Bakı. 28 oktyabr. REPORT.AZ/ Cenevrə şəhərində Beynəlxalq Miqrasiya Təşkilatının miqrasiya üzrə beynəlxalq dialoq çərçivəsində “Miqrantlar və şəhərlər” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edən Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev səfəri çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinqlə görüşüb.

Bu barədə "Report"a DMX-nın mətbuat xidmətindən məlumat verilib.

Görüşdə BMqT ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti arasında qarşılıqlı əməkdaşlığın indiki vəziyyəti və perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi